İstirahətə gedən uşaq ölüb

10 İyul 2025 09:43 (UTC+04:00)

Qəbələdə 4 yaşlı uşaq hovuzda boğulub. SİA xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü qız kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.