Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

9 İyul 2025 14:42 (UTC+04:00)

Paytaxtın Nizami rayonunda bir nəfərin içərisində 1500 manat və sənədlər olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı K.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.