Azərbaycanın U-18 millisi Avropa çempionatında keçirdiyi beşinci oyunda qələbə qazanıb - FOTOLAR

9 İyul 2025 13:53 (UTC+04:00)

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi beşinci oyunda qələbə qazanıb. SİA xəbər verir ki, komanda C qrupundakı son matçında Kosovo yığması ilə üz-üzə gəlib.

Qarşılşama Azərbaycan millisinin 62:54 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra komanda qrupu üçüncü sırada tamamlayıb.

Qeyd edək ki, milli ilk dəfə qatıldığı Avropa Çempionatı B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Yığma buna qədər qrupdakı matçlarda Bosniya və Herseqovina və (83:81), İslandiya (86:79) üzərində qazanıb. Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.