Kanadanın Manitoba əyalətində iki kiçik tək mühərrikli təyyarə havada toqquşub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, faciədə iki tələbə pilot həyatını itirib.
Kanada Polisinin sözçüsü Melanie Roussel Manitobanın cənubundakı Hannoverdə baş verən qəza ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, yerli vaxtla səhər saat 9 radələrində iki kiçik tək mühərrikli təyyarə havada toqquşub, iki tələbə pilot həlak olub. O əlavə edib ki, təyyarələrdə başqa sərnişin olmayıb.
Pilot hazırlığı məktəbinin direktoru Adam Penner qəzanın təlim uçuşu zamanı baş verdiyini bildirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.