Ukrayna Rusiyada çimərliyə hücum edib - 3 nəfər ölüb, 7 nəfər yaralanıb

9 İyul 2025 12:28 (UTC+04:00)

Ukrayna ordusunun Rusiyanın Kursk şəhərindəki çimərliyə hücumu nəticəsində 3 nəfər ölüb, biri uşaq olmaqla 7 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücum edib. Kursk vilayəti qubernatorunun müavini Aleksandr Xinşteyn verdiyi açıqlamada pilotsuz uçuş aparatının (PUA) Gorodskoy çimərliyinə hücumu nəticəsində biri rus əsgəri olmaqla 3 nəfərin həlak olduğunu, biri uşaq olmaqla 7 nəfərin yaralandığını bildirib.

Xinşteyn deyib ki, insanlara PUA hücumu ilə bağlı məlumat verildikdən sonra hamısı birlikdə sahilə gəlib. İkinci partlayış baş verəndə əsgərlər insanları təxliyə etməyə başlayıb".

Xinşteyn hücumun ailələrin cəmləşdiyi bölgədə qəsdən həyata keçirildiyini bildirib. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu öyrənilib. Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, gecə ərzində hava hücumundan müdafiə bölmələri 23-ü Kursk vilayətində olmaqla 9 rayonda 86 Ukrayna PUA-nı məhv edib.