Bəşir Süleymanlı ilə bağlı qərar verilib

9 İyul 2025 12:39 (UTC+04:00)

"Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbs müddəti uzadılıb. SİA-nın məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.