Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə gəliblər. SİA xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olur. Xankəndi şəhəri ilə tanışlıqdan sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçiriləcək.