ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik edib

9 İyul 2025 10:56 (UTC+04:00)

ABŞ səfirliyi Azərbaycan diplomatlarının peşə bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə Azərbaycanın xarici siyasətini irəli aparan bütün diplomat həmkarlarımızı təbrik edir, mühüm fəaliyyətlərində davamlı uğurlar arzulayırıq".