UEFA avrokubokların pley-offunda oyunların məkanı ilə bağlı püşkatmanı ləğv edib

9 İyul 2025 10:17 (UTC+04:00)

UEFA avrokuboklarda Liqa mərhələsindən sonra pley-off oyunlarının keçiriləcəyi məkanlar üçün püşkatmanı ləğv edib. SİA AS nəşrinə istinadən xəbər verir ki, komandalar Liqa mərhələsində tutduqları yerlərə əsasən növbəti raunddakı matçlarını evdə və ya səfərdə oynayacaqlar.

Turnir cədvəlinin daha yuxarı pilləsində qərarlaşan tərəf ilk görüşü səfərdə keçirəcək. Avropa futbol qurumu əsas mərhələnin əhəmiyyətini artırmaq məqsədi ilə bu addımı atıb.

Növbəti mövsümdən tətbiq olunacaq dəyişikliklər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına şamil ediləcək.