Ramin Məmmədov Ağsu, İsmayıllı, Şamaxı və Qobustan sakinlərini qəbul edəcək

9 İyul 2025 09:58 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağsu şəhəri, Azərbaycan küçəsi, 25) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (055) 655 57 65, (020) 265 33 04, [email protected],[email protected]) müraciət etmələri xahiş olunur.