Ötən gün 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib

9 İyul 2025 09:35 (UTC+04:00)

Ötən gün 28 azərbaycanlı “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib. Bu barədə SİA-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.