Türkiyəli aktyor aparıcı sevgilisi ilə nişanlanıb - FOTOLAR

9 İyul 2025 04:32 (UTC+04:00)

Türkiyəli aktyor Tolqa Güleç aparıcı sevgilisi Öykü Cengiz ilə nişanlanıb. SİA xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Cütlüyün nişan mərasimi iyulun 4-də Bodrumda ailələr arasında keçirilib.

Qeyd edək ki, Tolqa “Poyraz Karayel”, “Fazilet Hanım ve Kızları” kimi məşhur layihələrdə yer alsa da, daha çox “Öyle bir geçer zaman ki” serialında “Ahmet” obrazı ilə tanınıb.