Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydaları təsdiqlənib

8 İyul 2025 17:03 (UTC+04:00)

Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydaları təsdiqlənib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.