Azərbaycan Boks Federasiyasında (ABF) müxtəlif yaş qrupları üzrə yığmalarda yetirmələri olan məşqçilərlə görüş keçirilib. Bu barədə SİA-ya ABF-nin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda qurumun İdarə Heyətinin üzvü Rövşən Hüseynov, baş katib Nağı Səfərov, kişilərdən ibarət milli komandanın baş məşqçisi Ravşan Xocayev, böyük məşqçisi Nəriman Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Elbrus Rzayev iştirak ediblər.
İlin ilk 6 ayının yekunları, müxtəlif turnirlərdəki nəticələr və medallarla bağlı müzakirələr aparılıb, hesabatlar dinlənilib. Həmçinin qarşıdakı yarışlar barədə danışılıb, perspektivlər haqda fikir mübadiləsi aparılıb.
Yekunda çalışdırıcılara lazımi tövsiyələr verilib.