Mingəçevirdə İcra Hakimiyyətinin binasında təmir aparan şəxs yıxılaraq ölüb
8 İyul 2025 16:26 (UTC+04:00)
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, şəhər icra hakimiyyətinin binasında aparılan təmir işində çalışan 1991-ci il təvəllüdlü Şükürov Emil Zakir oğlu yıxılaraq aldığı xəsarətdən ölüb.