Hava limanında qan donduran hadisə baş verib

8 İyul 2025 15:48 (UTC+04:00)

İtaliyanın Berqamo hava limanı uçuş-enmə zolağında baş verən qəzada bir nəfərin ölümünə görə müvəqqəti olaraq bağlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Berqamo hava limanında naməlum şəxs uçuş-enmə zolağından keçərək təyyarənin mühərrikinə yaxınlaşıb və daha sonra içəri çəkilib. Bildirilir ki, insident təyyarənin parkinq zonasını tərk edərək havaya qalxmağa hazırlaşarkən manevr edərkən baş verib.

Hava limanından verilən açıqlamada yerli vaxtla saat 10:20-12:00 arasında uçuş əməliyyatlarının dayandırıldığı bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.