Yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək. Klubdan SİA-ya verilən məlumata görə, bir gün sonra Qəbələyə yola düşəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini orada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq hazırlıq prosesi müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı daha sonra məlumat veriləcək.