“Sumqayıt”ın yay hazırlıq planı məlum olub

8 İyul 2025 15:26 (UTC+04:00)

“Sumqayıt” futbol komandasının yay hazırlıq planı məlum olub. Bu barədə SİA-ya "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən komanda məşqləri iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

Ayın 25-də Qəbələyə yola düşəcək kollektiv hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə tarixi hələlik bəlli deyil.