“Moskva təkbaşına qalib gəlmək iqtidarında deyil...”

9 İyul 2025 00:04 (UTC+04:00)

...Şimali Koreyanın Ukrayna müharibəsində iştirakı getdikcə gözə çarpır və bu dəstək Rusiyanın əslində nə qədər zəif olduğunu göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Essex Universitetinin professoru Nataşa Lindştedt “Forbes” üçün yazdığı məqalədə bildirir.

Məqalədə qeyd edildiyi kimi, bu tərəfdaşlığın faydaları Rusiya üçün göz qabağındadır, çünki onun daha çox əsgərə ehtiyacı var.

…İtkiləri nəzərə alsaq, Putin başqa bir siyasi cəhətdən qeyri-populyar səfərbərlik kampaniyasını riskə ata bilməz. Qeyri-rus döyüşçülərdən istifadə Putinə ordusunu bərpa etmək üçün vaxt verir... Putin rus ordusuna Somali, Sierra Leone, Kuba və Nepaldan “könüllü”lər cəlb etsə də, Şimali Koreya ilə tərəfdaşlıq daha çox fayda və daha çox qoşun yerləşdirmə axınını təmin etdi.

Bunu Lindştedt yazır.

...Eyni zamanda, Şimali Koreya Rusiyanı təkcə qoşun deyil, həm də silahlarla təmin edir. Rusiya Federasiyası külli miqdarda hərbi texnikanı itirdiyindən (...demək olar ki, 13 min tank və zirehli texnika, 300-dən çox təyyarə məhv edilib-A.B.), onun təchizata ciddi ehtiyacı var.

Şimali Koreyanın təqdim etdiyi silahların bəzilərinə 200 uzaqmənzilli artilleriya sistemi, KN-23 və KN-24 raketləri kimi yüzdən çox qısa mənzilli ballistik raketlər, əlli 240 mm-lik çoxillik raket sistemi və iyirmi 170 mm-lik özüyeriyən silah...eləcə də haubitsa daxildir.

Bundan əlavə, 2023-cü ilin sentyabrından Şimali Koreya ruslar üçün doqquz milyona qədər artilleriya mərmisi də daxil olmaqla, milyardlarla silahın olduğu ehtimal edilən 15.000-dən çox konteyner göndərib.

Rusiyanın Ukrayna ilə müharibəsi daha çox artilleriyaya arxalandığı üçün Şimali Koreyadan gələn bu “iynə” çox faydalı olub.

Amma, deyilənlərə görə, Şimali Koreyanın bir çox sursatları etibarsız, qeyri-dəqiq və köhnə olub.

Üstəlik, Şimali Koreya Qərb silah istehsalçılarının miqyası və ya effektivliyi ilə uyğunlaşa bilməz.

Beləliklə, Şimali Koreyanın silahlara dəstəyi uzunmüddətli perspektivdə davamlı olmaya bilər..?

Məqalədə qeyd olunur ki, bu, əsasən Rusiyanın yenidən qruplaşmasına kömək etmək üçün müvəqqəti tədbirdir.

…Eyni zamanda, Kim Çen Inın çoxlu sayda insanın həyatını riskə atmağa və böyük silah arsenalını tədarük etməyə hazır olması Moskvaya kritik bufer verir. Bu, həm də Rusiyanın bu müharibədə təkbaşına qalib gəlmək iqtidarında olmadığını göstərir…

Bu fikirlər də həmin məqalədəndir.

Əli Babayev