Fransanın cənubunda meşə yanğını olub

8 İyul 2025 14:52 (UTC+04:00)

Fransanın cənubundakı Aude bölgəsində baş verən meşə yanğını 2000 hektar ərazini əhatə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın cənubundakı Aude bölgəsində dünən başlayan və 2000 hektar ərazini təsir edən meşə yanğınını nəzarət altına almaq üçün səylər davam edir. Qeyd edilib ki, güclü külək və yüksək temperatur səbəbindən yanğının söndürülməsi istiqamətində səylər çətinləşib.

Fransanın daxili işlər naziri Bruno Retaillo yanğınla bağlı sosial şəbəkədə açıqlama verib. Retaillo, əlverişsiz hava şəraitində Narbonnadan Bagesə yayılan yanğında bir uşağın yüngül xəsarət aldığını bildirərək, yaralanan uşağa tezliklə şəfa diləyib.

Yanğının 5 evi əhatə etdiyini bildirən Retailleau, yanğınla mübarizə üçün 850 yanğınsöndürən və 11 təyyarənin, yerli və milli komandaların sahədə olduğunu bildirib. Səlahiyyətlilər, güclü külək və yüksək temperatur səbəbi ilə Aralıq dənizi sahillərində çox yüksək yanğın riskinin olduğunu bildirib. Bildirilib ki, çərşənbə günü küləyin zəifləməsi ilə yanğın riskinin azalacağı gözlənilir, lakin təhlükə səviyyəsi yüksək olaraq qalacaq.