İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ prezidenti Donald Trampın İranın danışıqlar tələb etməsi ilə bağlı iddialarını təkzib edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Mehr" Xəbər Agentliyi məsələ ilə bağlı Bekayinin yazılı açıqlamasını yayıb.
Bekayi deyib: "ABŞ-a görüş üçün heç bir tələb göndərməmişik". ABŞ prezidenti Tramp Tehran administrasiyasının danışıqlar üçün görüş tələb etdiyini iddia edib.