SOCAR birgə və asılı müəssisələrə investisiyaları kəskin azaldıb

8 İyul 2025 14:16 (UTC+04:00)

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisələrə investisiyaları 563 milyon manat, asılı müəssisələrə investisiyaları isə 2 milyard 279 milyon manat təşkil edib. SİA SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, bunlar ötən il yanvarın 1-nə nisbətən müvafiq olaraq 13,6 dəfə və 2,1 dəfə azdır.

SOCAR ölkə Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100 % dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. Onun nizamnamə kapitalı 5 milyard 14 milyon manatdır.