Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək

8 İyul 2025 13:00 (UTC+04:00)

Abşeron çimərliklərində iyulun 9-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.