Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq

8 İyul 2025 11:58 (UTC+04:00)

Azərbaycanda çimərlik futbolu üzrə Super Liqa təşkil olunacaq. Çimərlik Futbolu Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda iştirak edəcək komandalar da müəyyənlşib.

Turnirdə 6 kollektiv mübarizə aparacaq.

Bunlar "Dirçəliş", "Yasamal-Baku Football Academy", "Çinar Zəngilan", "Rekord Klub 2019", "Marafon İdman Klubu 2015" və VTB komandalarıdır.

Qeyd edək ki, Super Liqa iyulun 11-15-i aralığında baş tutacaq.