Məşhur amerikalı müğənni Lana Del Rey İsrailin hücumları altında olan Fələstin üçün hər gün dua etdiyini, sülhün ən böyük arzusu olduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "İnstaqram"da paylaşdığı paylaşımın altına şərh yazan Lana Del Rey Fələstinə dəstək bəyanatı ilə diqqət çəkib.
Hücumları yaxından izlədiyini bildirən Del Rey deyib: "Hər gün Fələstin üçün dua edirəm və sülh mənim ən böyük arzumdur. Bu, uzun müddətdir davam edən bir münaqişədir və heç bir həll yolu tapılmaması inanılmaz dərəcədə kədərlidir".