Husilər gəmiyə hücum etdi

8 İyul 2025 02:26 (UTC+04:00)

Ənsar Allah” hərəkatından olan yəmənli husilərin ticarət gəmisinə hücumu nəticəsində iki nəfər yaralanıb, daha iki nəfər itkin düşüb. SİA xəbər verir ki, “Reuters” agentliyi hadisənin Yəmənin Qırmızı dənizdəki Hudeyda limanından 49 dəniz mili cənub-qərbdə baş verdiyini bildirir. Husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya daha əvvəl “Ənsar Allah” hərəkatının hücumuna məruz qalan “Magic Seas” yük gəmisinin Qırmızı dənizdə batdığını bildirib.