“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib

7 İyul 2025 21:51 (UTC+04:00)

“Şamaxı” komandası yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” kollektivində çıxış edib.