Rusların robot itlərinə pilləkənləri qalxmağı öyrədəcəklər...

7 İyul 2025 20:05 (UTC+04:00)

Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi-Tədqiqat Mexanika İnstitutunun alimləri “MORS” robot iti üzərində işləri davam etdirirlər və ona neyron şəbəkəsi alqoritmindən istifadə edərək adi pilləkənləri qalxmağı öyrətməyə hazırlaşırlar.

SİA-nın məlumatına görə, bu barədə aparıcı mühəndis Anton Roqaçev danışıb.

Hazırda “MORS” təxminən 5 sm hündürlükdə addımları qət edə bilir, lakin bu məhdudiyyət robotun real şəraitdə hərəkət etməsinə mane olur.

Yeni neyron şəbəkəsi alqoritmi ona standart pilləkənə uyğun gələn 15 sm-ə qədər pillələri qalxmağa kömək edəcək.

İyulun 5-i və 6-da rusiyalı tərtibatçılar Rio-de-Janeyroda ustad dərsləri keçirəcəklər, burada məktəblilər və onların valideynləri robotla tanış ola və onu idarə etməyə çalışa bilərlər.

Tədbir BRİKS sammitinə təsadüf edən Elm 0+ festivalı çərçivəsində keçirilir.

Nazlı Almuradova