Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək

7 İyul 2025 17:01 (UTC+04:00)

Azərbaycanda iyulun 15-dən avqustun 15-də qədər həyata keçirilməsi nəzərdə tutulan kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.