Gözlənilməz döş xərçəngi risk faktoru kəşf edildi...

7 İyul 2025 23:25 (UTC+04:00)

...Artıq çəki postmenopozal qadınlarda, xüsusən də ürək-damar xəstəlikləri varsa, döş xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu, ÜST yanında Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin tədqiqatçılarının gəldiyi qənaətdir.

Onların 168 000-dən çox qadının məlumatlarına əsaslanan işləri “Sanser”. jurnalında dərc olunub.

Təhlil 6793 iştirakçıda döş xərçəngi diaqnozu qoyulmuş 10 ildən artıq bir izləmə dövrünü əhatə etmişdir. Məlum olub ki, hər əlavə 5 vahid bədən kütləsi indeksi (BKİ) ürək-damar xəstəliyi olmayan qadınlarda xəstəlik riskini 13 faiz, belə xəstəlikləri olanlarda isə 31 faiz artırır.

Yəni piylənmə ürək problemləri ilə birləşərək “ikiqat təhlükə” effekti yaradır.

Müəlliflər qeyd edirlər ki, tip 2 diabet ürək-damar xəstəliklərindən fərqli olaraq çəki və xərçəng riski arasındakı əlaqəyə əhəmiyyətli təsir göstərməyib. Piylənmə (BMI ≥ 25) və ürək problemlərinin birləşməsi ildə hər 100.000 nəfərə 153 əlavə döş xərçəngi hadisəsi ilə nəticələndiyi təxmin edilir. Nəticələri nəzərə alaraq, alimlər skrininq və profilaktikaya yanaşmaları yenidən nəzərdən keçirməyə çağırırlar: artıq çəki və ürək-damar xəstəlikləri olan qadınlara xüsusi diqqət yetirilməlidir.

Nazlı Almuradova