İtaliya klubu 38 yaşlı futbolçunun transferindən imtina edib

7 İyul 2025 13:47 (UTC+04:00)

İtaliyanın "Cenoa" klubu 38 yaşlı Ceymi Vardinin transferindən imtina edib. SİA "La Repubblica"ya istinadən xəbər verir ki, ingiltərəli hücumçu ilə danışıqlar uğursuzluqla nəticələnib.

Klubun idman direktoru Flavio Riçkiardella millinin sabiq üzvünün keçidinin tərəfdarı olsa da, baş məşqçi Patrik Vieyranın bununla razılaşmadığı bildirilib.

Qeyd edək ki, C.Vardi 2024/2025 mövsümünün sonunda "Lester"dən (İngiltərə) ayrılıb. O, son mövsümdə meydana çıxdığı 35 oyunda 9 qol və 4 məhsuldar ötürmə müəllifi olub.