Azərbaycan avarçəkəni Avropa üçüncüsü olub - FOTOLAR

7 İyul 2025 13:02 (UTC+04:00)

Azərbaycan avarçəkəni Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatında üçüncü yeri tutub. SİA Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətinə istinadən xəbər verir ki, avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib.

Finalda finiş xəttini üçüncü keçən idmançı Avropa çempionatının bürünc medalına layiq görülüb.