Qadın voleybolçulardan ibarət "Gəncə" klubu ABŞ-dən olan oyunçu ilə müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Libero Alisa Kim ilə bir mövsümlük müqavilə bağlanıb.
Voleybolçu ötən mövsümü Rumniyanın "Rapid" (Buxarest) komandasında keçirib və ölkə kubokunda bürünc medala sahib olub. Libero karyerası ərzində Sloveniyanın "GEN-I" və ABŞ-nin "Gonzaga University" komandalarında forma geyinib.