Bakıda çimərlikdə 27 yaşlı Adil Talıbovu qətlə yetirməkdə təqsirləndirilən Mətləb Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti prosesi iyulun 21-nə təyin olunub.
Rəsmi məlumata görə, ötən il iyunun 19-da Bakının Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovu 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirib.
Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.