Ən seksual pilot Müstəqillik Gününü belə qeyd etdi - FOTOLAR

7 İyul 2025 12:22 (UTC+04:00)

"Dünyanın ən seksual pilotu" ləqəbini qazanan Amerikalı avtoidmançı Lindsi Brüer 4 İyul – ABŞ-nin Müstəqillik Günü münasibətilə yeni fotosunu yayımlayıb. SİA xəbər verir ki, idmançı qırmızı, dərin dekolteli qısa top və mavi cins şalvarda çəkdirdiyi fotonu Instagram səhifəsində paylaşıb. Post 32 mindən çox bəyənmə toplayıb.

Lindsi Brüer 2009–2014-cü illərdə ABŞ-da regional və milli kartinq yarışlarında iştirak edib. 2024-cü ildən etibarən isə o, "Juncos Hollinger Racing" komandası ilə "Indy NXT" seriyasında mübarizə aparır.