"Qarabağ"ın Avstriyada ilk sınağı

7 İyul 2025 12:01 (UTC+04:00)

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq. SİA xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna "Metallist" ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Metallist" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.

Ağdam klubu toplanış çərçivəsində daha 3 oyun keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17:00 və 19:15-də start götürəcək. İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.