Bakı Limanı 20 min manat nizamnamə kapitalı ilə yenidən qeydiyyatdan keçib

7 İyul 2025 10:26 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-ni 20 min manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu şirkət "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş, 15 990 manat nizamnamə kapitalına malik "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin hüquqi varisidir. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 140, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Eldar Adil oğlu Salahovdur.