Yol qəzası sıxlığa səbəb olub - FOTOLAR

7 İyul 2025 09:57 (UTC+04:00)

Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.