İsrail "Qara Bayraq" əməliyyatına başladı

7 İyul 2025 04:30 (UTC+04:00)

İsrail husilərə qarşı “Qara Bayraq” adlı hərbi əməliyyata başlayıb. SİA xəbər verir ki, "Qara Bayraq" əməliyyatı çərçivəsində ordu husilərə məxsus infrastruktura – Hodeyda, Əs-Salif və Ras İsa limanlarına, Ras Katib elektrik stansiyasına, eləcə də təxminən iki il əvvəl husilər tərəfindən ələ keçirilmiş və hazırda Qırmızı dənizdə istifadə olunan “Galaxy Leader” gəmisinə zərbələr endirib.