Avropa Kuboku: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

6 İyul 2025 23:01 (UTC+04:00)

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

SİA xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib. Yüz kiloqram çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.