"Fənərbağça" kolumbiyalı hücumçu transfer edib

6 İyul 2025 22:28 (UTC+04:00)

Türkiyənin "Fənərbağça" komandası yeni mövsümün ilk transferini reallaşdırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Con Duranın keçidini rəsmiləşdirib.

O, qarşıdakı bir il ərzində icarə əsasında "sarı-lacivərdlilər"də çıxış edəcək.