Məlikov Azərbaycanla münasibətləri pozmamağa çağırıb...

6 İyul 2025 20:31 (UTC+04:00)

...Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov bildirib ki, o, dünyada baş verənləri ağrı ilə izləyir və Rusiya ilə Azərbaycan arasında yaranmış çətinliklərdən təəssüflənir.

SİA-nın məlumatına görə, bu barədə Məlikov Telegram kanalında yazıb.

Məlikov hər şeyin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edərək, belə halların həmişə qardaş xalqları bir-birinə qarşı qoymaq üçün istifadə olunduğunu qeyd edib.

Dağıstanın rəhbəri xatırladıb ki, respublikada Azərbaycandan olanlar çoxdur.

...Mən hər kəsə müraciət edirəm: dağıstanlılara və azərbaycanlı qardaşlarımıza - aramızda paz qoyulmasına imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara qapılmayın, gündəlik millətçiliyə boyun əyməyin..

Bunu deyən respublika başçısı həmçinin yalnız təsdiqlənmiş və rəsmi məlumatlara inanmağa çağırıb.

Əli Babayev