Şeyxlər İsraillə öz əmirliklərini və sülhü yaratmaq istəyirlər...

6 İyul 2025 18:00 (UTC+04:00)

SİA-nın məlumatına görə, “The Wall Street Journal” yazır ki, İordan çayının qərb sahilindəki Hebrondan olan şeyx Vadi əl-Cəbari şəhərin Fələstin Muxtariyyətindən çıxarılmasını və İsrailin dövlət kimi tanınmasını təklif edib.

Qəzet əl-Cəbarini Hebronun ən nüfuzlu ərəb klanlarından birinin lideri adlandırır.

O və digər dörd şeyx, hörmətli dini və ictimai liderlər, İsrailin iqtisadiyyat naziri Nir Barkata məktub yazaraq ondan bunu baş nazir Benyamin Netanyahuya çatdırmağı xahiş ediblər. Mesajda müəlliflər öz əmirliyinin yaradılmasını müdafiə edərək, İsrail və Bəhreyn, BƏƏ, Sudan və Mərakeş arasında münasibətləri normallaşdırmaq üçün 2020-ci ildə Vaşinqtonda imzalanan İbrahim razılaşmalarına, sazişlərə qoşulmağı təklif ediblər.

Bunun müqabilində onlar İsrailin "Hevron əmirliyini" rayonun ərəb sakinlərinin nümayəndəsi kimi tanımasını istəyirlər.

...Biz İsraillə əməkdaşlıq istəyirik. Biz birgə yaşamaq istəyirik.

Bunu əl-Cəbari deyib.

Şeyxlər Oslo razılaşmasını tənqid edərək, bunun "ənənəvi, həqiqi yerli rəhbərliyi tanımaq əvəzinə, korrupsiyaya uğramış Fələstin Muxtariyyətinin" yaradılmasına gətirib çıxardığını deyib və Fələstinlilərin İsraildə işlə təmin olunmasının tədricən bərpasını təklif ediblər.

Əli Babayev