PSJ-nin keçmiş baş məşqçisi Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

6 İyul 2025 17:16 (UTC+04:00)

PSJ-nin (Fransa) keçmiş baş məşqçisi Kristof Qaltye Səudiyyə Ərəbistanı klubu "Neom"la anlaşıb. SİA xəbər verir ki, bu barədə ərəb klubunun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, K.Qaltye 2022/2023 mövsümündə Paris komandasını çalışdırıb.