...Martın 1-dən Rusiyada tibb işçilərinin səlahiyyətlərini genişləndirən dəyişikliklər qüvvəyə minib. Dövlət Dumasının deputatı bunun vətəndaşların təhlükəsizliyinə necə təsir edəcəyini izah edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, rusiyalı həkimlər 2025-ci il martın 1-dən psixi vəziyyəti başqaları üçün təhlükə yarada bilən xəstələr haqqında hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.
Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsi sədrinin birinci müavini Leonid Oqulun izah etdiyi kimi, bu, yalnız mütəxəssislərin xəstənin potensial təhlükəsini sənədləşdirdiyi hallara aiddir, psixiatrik diaqnozu olan bütün insanlara deyil.
Səhiyyə Nazirliyi qanunun özbaşına tətbiqini istisna etmək üçün belə halların qiymətləndirilməsi üçün aydın meyarlar hazırlayıb.
...Biz ictimai təhlükəsizlik və xəstələrin hüquqlarının qorunması arasında balansdan danışırıq. Təhlükəli vəziyyətlər qeydə alınacaq ki, bu da vaxtında yardım göstərməyə və mümkün hadisələrin qarşısını almağa imkan verəcək.
Rus deputat qeyd edib ki, yenilik həkim etikasını pozmur, əksinə, profilaktika sistemini gücləndirir. Riskli xəstələr üçün aktiv dispanser monitorinqi təmin edilir. Deputatın sözlərinə görə, bu qanun heç kimin hüquqlarını pozmadan rusların həyatını daha təhlükəsiz etməyə kömək edəcək, potensial təhlükələrə erkən reaksiya vermək üçün effektiv mexanizm yaradacaq.
Nazlı Almuradova