Bu ölkədə 5,5 bal gücündə zəlzələ oldu

6 İyul 2025 01:42 (UTC+04:00)

İndoneziyada Banda Açe şəhərindən 90 km şimal-qərbdə 5,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.