Mingəçevirdə bir neçə gün əvvəl avtobusun vurduğu qadın bu gün ölüb

5 İyul 2025 13:18 (UTC+04:00)

Mingəçevirdə avtobusun vurduğu 53 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. SİA xəbər verir ki, bir neçə gün əvvəl şəhər ərazisində avtobus 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə olunub. Lakin göstərilən tibb yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.