HƏMAS atəşkəs təklifinə cavab verdi

5 İyul 2025 05:39 (UTC+04:00)

HƏMAS hərəkatı Qəzza sektorunda son atəşkəs təklifinə cavab verib. SİA xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir. “HƏMAS cavabını vasitəçilərə çatdırıb. Hərəkat təkliflərin müzakirəsi ilə bağlı danışıqlara dərhal başlamağa hazırdır”, - deyə bildirilib. HƏMAS cavabın müsbət olduğunu açıqlayıb.