Kıvancın yeni serialı hamını həyəcanlandırdı

5 İyul 2025 03:35 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Kıvanc Tatlıtuğun yeni layihəsi bəlli olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Olasılıksız” serialında baş rolu oynayacaq. Onun canlandıracağı obrazın adı isə açıqlanmayıb. Aktyorun nə qədər qonorar alacağı və serialda tərəf müqabilinin kim olacağı da hələlik bilinmir.

Serial məşhur yazıçı Adam Fawerin satışç rekordları qıran eyniadlı romanı (Improbable) əsasında televiziyaya uyğunlaşdırılacaq. Odur ki, bu xəbər həm Kıvancın fanatlarını, həm kitabsevərləri, həm də yeni ekran işlərini nəzərdən qaçırmaq istəməyənləri həyəcanlandırıb.

Xatırladaq, Kıvanc son olaraq "Ailə" serialında çəkilib və Serenay Sarıkaya ilə tərəf müqabili olub.