Klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib

5 İyul 2025 02:25 (UTC+04:00)

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/4 final mərhələsinə start verilib. SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Braziliyanın "Fluminense" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası ilə üz-üzə gəlib. Görüşdən 2:1 hesablı qələbə ilə ayrılan “Fluminense” yarımfinala vəsiqə qazanıb.

Digər matç isə iyulun 5-i səhərə yaxın, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq. Həmin görüşdə Braziliyanın digər təmsilçisi "Palmeyras" İngiltərənin "Çelsi" klubunu sınağa çəkəcək.

Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.